“Qarabağ münaqişəsinin həllinə diqqət azalıb”
- 23-12-2017, 12:08
- 1 308
Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.
N.Məmmədovun sözlərinə görə, buna baxmayaraq son vaxtlarda həmsədrlərin regiona səfərləri oldu, Azərbaycan Prezidenti ilə görüşləri oldu, Avropa İttifaqının, ATƏT-in nümayəndələrinin Azərbaycan Prezidenti ilə görüşləri keçirildi və onlar nümayiş etdirdilər ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı proseslər gedir:
“Eyni zamanda Rusiyanın rəhbərinin bəyanatı oldu. Yəni proseslər gedir, ancaq Ermənistan tərəfi həmişə danışıqlar prosesini yubatmağa çalışır və bunun üçün əlindən gələn addımı atır”.