Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına siyasi qiymət verildi
- 23-11-2017, 15:45
- 1 524
“Tanınmış vəkil, hüquq müdafiəçisi Yalçın İmanovun Ədliyyə Nazirliyinin şikayəti əsasında hakimiyyətin tam nəzarətində olduğu şübhə doğurmayan Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən kollegiya üzvlüyündən çıxarılması və vəkillikdən xaric edilməsi məqsədilə məhkəməyə müraciət edilməsi haqda qərar qəbul edilib”, – Müsavatın mətbuat xidmətindən “Basta”ya təqdim olunan sənəddə deyilir.
“Müsavat Partiyası siyasi məhbusların əsas müdafiəçilərindən kimi tanınan Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasını hakimiyyətin ölkədə opponentsiz məhkəmə sistemi qurulması istiqamətində uzun illər apardığı siyasətin davamı kimi qiymətləndirir. Müsavat Patriyası hakimiyyətin bu addımını ədalət mühakiməsi sisteminin tamamilə aradan qaldırımasına yönəlmiş daha bir addım kimi qətiyyətlə pisləyir”, – bəyanatda deyilir.