“Xoşunuza gəlsə də, gəlməsə də belə olmalıdır”
- 14-02-2017, 14:28
- 2 192
Bunu millət vəkili Fəzail İbrahimli Milli Məclisdə deyib. O, qeyd edib ki, nəzarət məsələsi Ədliyyə Nazirliyinin səlahiyyətində qalmalıdır: “Amma inzibati sözü seçkili orqana heç cür uyğun gəlmir. Bu söz qətiyyən işlədilməməlidir”.
Birinci vitse-spiker Ziyafət Əsgərov deputata belə cavab verib:
“Mən bilmirəm ki, sizin niyə inzibati sözündən xoşunuz gəlmir. Xoşunuza gəlsə də, gəlməsə də elə inzibati olmalıdır. Əvvəla, bu Konstitusiyada yazılıb. Nazirlik səlahiyyətini aşmır, əksinə, bələdiyyə üzvlərinin maarifləndirilməsini həyata keçirməlidir. Bəyəm, bələdiyyə üzvünün maariflənməsi pisdir ki? Elə bunun adı inzibati nəzarət də olmalıdır”.