İlham Əliyev Poroşenko ilə görüşəcək
- 22-11-2017, 12:07
- 1 546
Bu barədə “İnterfax-Azərbaycan”a diplomatik mənbələrdən məlumat verilib.
“Dövlət başçıları Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər”, - mənbə deyib.
Bundan əlavə, prezidentlər İlham Əliyevin Ukraynaya gözlənilən səfərinin vaxtı və gündəliyi ətrafında fikir mübadiləsi aparacaqlar.
“Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.