Azərbaycan prezidenti sloveniyalı həmkarını təbrik etdi
- 15-11-2017, 16:48
- 2 069
xalqxeber.az-ın xəbərinə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Sloveniya Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.