Müsavat hüquqşünasların noyabrın 18-nə təyin etdiyi mitinqi dəstəkləyir
- 13-11-2017, 22:33
- 47 336
İclasda Divan üzvü Razim Əmiraslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.
Başqan Arif Hacılı noyabrın 8-9-da Brüssel şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində keçirilən müzakirələr barədə ətraflı danışıb.
Divanda məhkəmə çəkişmələrində Nümayəndəlik İnstitutunun ləğv edilməsi cəmiyyətin maraqlarına zərbə kimi qiymətləndirilib. Hüquqşünasların 18 noyabr tarixdə bu dəyişikliyə etiraz olaraq təyin etdiyi kütləvi aksiyanın tələblərinin dəstəkləndiyi qeyd edilib.
Divan üzvü Gülağa Aslanlı Gəncə şəhər təşkilatının üzvləri ilə görüş və Yevlax, Mingəçevir təşkilatlarında keçiriləcək konfranslar haqqında məlumat verib.
Divan iclasında ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərə münasibət bildirilib.