Erməni deputatlar bu gün Bakıya gəlir - “Psixoloji problemlər yoxdur”
- 21-09-2017, 12:41
- 100 714
Bu barədə Ermənistan Respublikası Milli Assambleyasının xarici əlaqələr üzrə daimi komitəsinin feysbuk hesabında məlumat verilib.
Qeyd edilir ki, toplantıda Ermənistanı bu ölkənin “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək.
Armen Aşotyan erməni KİV-nə açıqlamasında bildirib ki, Bakıya səfərlə bağlı hər hansı psixoloji problemləri yoxdur: “Bizə Azərbaycan Milli Məclisi tərəfindən təhlükəsizlik zəmanəti verilib. Otellə bağlı problem var idi, lakin həll olunub”.
Sessiya qadın sağlamlığı və gender bərabərliyinə həsr olunub.