San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
- 29-05-2026, 17:38
- 1 772
Mətndə deyilir:
"Zati-aliləri.
Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.
Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq".