İlham Əliyev kralı təbrik etdi
- 5-09-2017, 18:54
- 55 432
xalqxeber.az-ın xəbərinə görə, məktubda deyilir:
“Əlahəzrət! Svazilend Krallığının milli bayramı-Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.