Ali təhsildə bəzi ixtisas proqramlarına gender bərabərliyi ilə bağlı seçmə fənlər daxil edilə bilər
- 29-12-2025, 17:24
- 716
Bu barədə "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı"nda yer alıb.
Fəaliyyət planına görə, əsas icraçı orqan Elm və Təhsil Nazirliyi müəyyənləşib.
İcraçı orqana təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı daxil edilmiş seçmə fənlərə aid tədris proqramlarının və dərsliklərin hazırlanması, təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı seçmə fənlər üzrə aparılan tədrisin müntəzəm olaraq monitorinqi və qiymətləndirməsi tapşırılıb.