Ekologiya Nazirliyinin büdcəsi azaldıldı - FƏRMAN
- 6-11-2025, 17:16
- 452
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin büdcədəki xərcləri 1 384 537 manatdan 563 681 manata endirilib, əvəzində Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin büdcədəki əsas xərcləri 820 856 manat müəyyən edilib.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin büdcədəki xərcləri 16 850 726 manatdan 16 568 470 manata endirilib, Balıqçılıq və Akvakultura Mərkəzinin büdcədəki əlavə xərcləri 282 256 manat müəyyən olunub.