Prezident 10 il əvvəlki fərmanını "Qrant haqqında" yeni qanuna uyğunlaşdırıb
- 4-08-2025, 16:40
- 372
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, 10 il əvvəl imzalanmış fərman artıq "Dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi" haqqındadır. Bu dəyişiklik "Qrant haqqında" qanunun dəyişməsi ilə bağlıdır.