İlham Əliyev Vladimir Putinə başsağlığı verib
- 24-07-2025, 18:35
- 629
Azərbaycan Prezidenti "AN-24" sərnişin təyyarəsinin Amur vilayətində qəzası və çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan xalqı və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.
Bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.