Ceyhun Bayramov İstanbulda Ermənistanla sülh prosesi barədə danışıb
- 21-06-2025, 18:58
- 265
İclasda çıxış edən nazir azad edilmiş ərazilərdə bərpa prosesi və münaqişədən sonrakı dövrdə Azərbaycanın sülh səyləri barədə danışıb.
Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışan nazir, Ermənistan konstitusiyasında Azərbaycana qarşı qalan ərazi iddialarının yekun sülh sazişinin imzalanması yolunda maneə olduğunu vurğulayıb.
C.Bayramovun sözlərinə görə, sülhə gedən yolda digər bir çağırış Ermənistanın keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq vermək istəməməsidir.