Əliyevin bu çıxışı siyasi böyüklüyünü göstərir - Karakılıç
- 10-04-2025, 18:48
- 342
Bu sözləri Teleqraf-a Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.
"Prezident İlham Əliyev siyasi tarazlıqları nəzərə almaqla cəsarətli qətiyyəti ilə beynəlxalq sistemin yaradıcılarına “biz də varıq” deyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çox yaxın və xüsusi münasibəti olduğunu hər fürsətdə deyən Azərbaycan Prezidenti Qafqazda və regionda birinci dərəcəli dövlət xadimi, üstün diplomatdır.
ŞKTC-nin Azərbaycanla əlaqələri, onun ilk növbədə Türk Dövlətləri Təşkilatı tərəfindən tanınması üçün mühüm addımlar atılır. Bu istiqamətdə Azərbaycanın nümayiş etdirdiyi mövqe də Prezident İlham Əliyev tərəfindən bəyan edildi. Vurğulandı ki, “Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana və beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik”.
İlham Əliyevin ŞKTC-ni tanımaq bir yana, adını çəkməkdən belə çəkinən beynəlxalq ictimaiyyət və ya buna qadağa qoyan güc mərkəzlərinə qarşı bu çıxışı türk dövlət xadiminin qlobal siyasi böyüklüyünü göstərir. Azərbaycan Türkiyənin təkcə qardaşı deyil, həm də strateji tərəfdaşıdır. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi iki qardaş dövlətin regional və beynəlxalq problemlərə vermiş olduğu töhfə bir daha önə çıxmış olur".
Onun sözlərinə görə, Azərbaycan regionda öz problemlərini həll etmiş dövlət kimi çıxış edir:
"Bu xüsusda Azərbaycan və Türkiyə iki qardaş ölkə kimi beynəlxalq məsələlərdə eyni mövqeni bölüşür. Sözsüz ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasət Avropa və Rusiya ilə eyni səviyyədə münasibətlərin qurulmasını təşviq edir", - deyə S.Karakılıç bildirib.