Zelenski: Ukrayna Rusiyanın raket hücumuna görə BMT TŞ-nin fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edir
- 8-07-2024, 17:09
- 474
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik sazişinin imzalanmasından sonra Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransı zamanı deyib.
“Ukrayna indi Rusiyanın mülki infrastruktura, o cümlədən uşaq xəstəxanasına hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edir”, - o bildirib.