Prezident onlara Dövlət Mükafatları verdi - SƏRƏNCAM
- 27-05-2024, 16:32
- 620
Sərəncam əsasən, 2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:
Texnika sahəsi üzrə mükafat “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə Vaqif Məcid oğlu Fərzəliyevə, Həqiqət Əliəşrəf qızı Cavadovaya və Əfsun Rəzzaq oğlu Sucayevə verilib.
Mədəniyyət sahəsi üzrə mükafat teatr rejissorluğu sahəsində fəaliyyətinə görə, Mehriban Zaur qızı Ələkbərzadəyə verilib.