Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi
- 12-04-2024, 11:58
- 706
Bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib.
Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiyi bildirilib.
Eyni zamanda faktla bağlı cinayət işi açıldığı qeyd olunub.
Qeyd edək ki, aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.(News)