Qafarova Matviyenko və Volodinə başsağlığı verdi
- 23-03-2024, 17:29
- 943
Bu barədə Xalqxeber.az-a Milli Məclisdən bildirilib.
Qeyd olunub ki, parlamentin sədri “Krokus Siti Holl” konsert zalında baş vermiş faciəvi hadisələr nəticəsində dinc sakinlərin həlak olmasından sarsıldığını və kədərləndiyini bildirib. Məktublarda Milli Məclisin sədri bu dəhşətli terror aktını şiddətlə qınayıb, hadisəylə bağlı öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından bütün Rusiya xalqına, Federasiya Şurasının və Dövlət Dumasının üzvlərinə, həlak olanların doğmalarına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.