İlham Əliyev 92,12 faiz səslə qalib gəlib - MSK protokolların 100 faizini HESABLADI

Siyasət

Azərbaycanın Respublikasının hazırkı dövlət başçısı İlham Əliyev 7 fevral tarixində keçirilmiş növbədənkənar Prezident seçkisində səslərin 100 faizini hesabladıqdan sonra 92,12 faizlə qalib gəlib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında bildirlib.

2023-cü ilin sentyabrında Azərbaycan Qarabağa nəzarəti bərpa etdikdən sonra ilk dəfə olaraq bütün ölkə üzrə Prezident seçkiləri keçirilib. Seçkilərdə 90 mindən çox müşahidəçi qeydə alınıb.