Ceyhun Bayramov Uqanda prezidenti ilə görüşdü
- 19-01-2024, 13:25
- 304
Bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında çoxtərəfli əməkdaşlıq gündəliyi və Qoşulmama Hərəkatı Üçlüyü çərçivəsində gələcək planlar müzakirə edilib.
Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrlik bu ildən etibarən Azərbaycandan Uqandaya keçib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi başa çatsa da, hərəkatın “sədrlik üçlüyü”ndə yer alır.