İlham Əliyevin Latviyaya rəsmi səfəri başa çatdı

Siyasət

Azərbaycan prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri iyulun 18-də başa çatıb.

Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Latviyanın rəsmi şəxsləri yola saldılar.