SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Ayaz Mütəllibov: “Müharibə qızışsa, Azərbaycan və Ermənistan Suriyanın gününə düşə bilər”

Ayaz Mütəllibov: “Müharibə qızışsa, Azərbaycan və Ermənistan Suriyanın gününə düşə bilər”

Tarix:

1-03-2017, 14:26

/ 1 932 dəfə oxundu.
Ayaz Mütəllibov: “Müharibə qızışsa, Azərbaycan və Ermənistan Suriyanın gününə düşə bilər”

Azərbaycan Respublikasının eks-prezidenti Ayaz Mütəllibov geniş müsahibə verib

Hhəmin müsahibəni təqdim edirik:

“Qarabağ probleminin sülh yolla həlli “Rusiya-Azərbaycan-İran-Türkiyə oxu”nun işləməsindən asılıdır”

- Fevralın 24-25-i tarixlərində cəbhədə baş verən son hərbi toqquşmaların arxasında Rusiyanın dayandığı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Sizcə, bu nə qədər doğrudur?

- Bu cür birtərəfli düşünmək və bunu mətbuata çıxartmaq düzgün deyil. Rusiyanı yenidən Azərbaycana düşmən etmək deməkdir. Qarabağda nə baş verdiyini anlamaq üçün hər şeydən əvvəl Rusiya tərəfinin bu müharibənin olmasında nə marağı olduğunu nəzərə almalıyıq. Sizə elə gəlmirmi ki, Ermənistanda və Azərbaycanda elə qüvvələr vardır ki, onlar müharibənin tərəfdarlarıdır və başqa ölkələrin tapşırığını yerinə yetirirlər. Yaxud da Qarabağda vəziyyətin gərginləşməsi onların biznes maraqlarındadır. Şeytan xislətli fərdlər hər yerdə var. Rusiyanın vəziyyəti gərginləşdirməsi ağıla gələsi deyil, çünki Rusiya və İran Azərbaycanda və Qarabağda stabilliyin olmasının tərəfdarıdırlar.

Ötən il avqustun 8-də “Rusiya-Azərbaycan-İran-Türkiyə oxu” yaranıb və bu “oxun” işləməsi üçün Azərbaycanda siyasi və hərbi sabitliyin olması bu ölkələrinin xeyrinədir. Hansı tərəfin müharibəni qızışdırdığını bilmədən, düzgün nəticə çıxartmaq olmaz. Götürək, ötən ilin aprel hadisələrini. Onda Rusiya tərəfinin zəngi ilə genişmiqyaslı hərbi əməliyyatlar dayandırıldı və ilk dəfə olaraq Rusiya tərəfi zəbt olunmuş torpaqların qaytarılması məsələsini ortaya qoydu və ilk mərhələdə 5 rayonun qaytarılması nəzərdə tutulmuşdu. Yuxarıda adı çəkilən “Avqust Sazişinin” mahiyyəti də Cənubi Qafqazda sabitliyin təmin olunması ilə bağlı idi. Qərbdə bəzi qüvvələr adını çəkdiyimiz Sazişin işləməsinin tərəfdarı deyillər. Ermənistan tərəfi bunu bilir, onlara arxalanıb, torpaqlarımızı qaytarmaq istəmirlər. Cənubi Qafqazda stabilliyi pozması da bununla bağlıdır.

“Qarabağın “açarı” Rusiyanın əlindədir”

- Son günlər Qarabağdakı erməni separatçı rejimin rəhbərləri və Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu və bunun üçün Azərbaycanın güzəştə getməsini bəyan edir. Ermənistan tərəfi bu məsələdə özlərinin də güzəştə gedə biləcəyini söyləyirlər. İndiki mərhələdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli nə qədər real görünür?

- Qarabağ məsələsinin sülh yolu və torpaqların ərazi bütövlüyü çərçivəsində həlli adını çəkdiyim 8 avqust 2016-ci il Sazişindən irəli gəlir. Aydındır ki, “Qarabağın açarı” Rusiyanın əlindədir. Bura İranı da əlavə etsək, yəni İrandan Ermənistanın necə asılı olduğunu nəzərə alsaq, və bu ölkə də Ermənistana təzyiq etsə, məsələnin həlli çox asanlaşır. Ermənistan tərəfi bunu görür və təşəbbüsü ələ almaq istəyir. Qeyd etməliyəm ki, ABŞ Prezidenti Tramp İrana qarşı sərt çıxışlar edir və İran tərəfini Rusiyaya daha da yaxınlaşdırır, Cənubi Qafqazda müharibə ocaqlarının olmaması həm İranın, həm də Rusiyanı geosiyasi marağındadır. Belə halda sülh yolu Ermənistan üçün də optimal yoldur. Biz “Rusiya-Azərbaycan-İran-Türkiyə oxu”ndan irəli gələn məsələləri nə qədər tez həll etsək, bir o qədər Cənubi Qafqazda sülhü tez təmin edərik.

“Rusiya, İran və Türkiyə istəməz ki, Azərbaycana nəsə olsun”

- Ümumiyyətlə, siz yaxın illərdə Qarabağ münaqişəsinin həllinə nə qədər ümid edirsiz?

- Bu haqda az öncə də bildirdim. Bunun həlli mexanizmini “Rusiya-Azərbaycan-İran-Türkiyə oxu”nun işləməsində görürəm. Bu “ox” Azərbaycanı üç ölkə tərəfindən qorumağa məcbur edəcək. Çünki fikir versəniz, Azərbaycan bu ölkələr arasında körpü funksiyasını öz üzərinə götürüb və bu üç ölkə istəməz ki, Azərbaycana nəsə olsun.

“Qarabağda müharibə qızışsa, Qərb ölkələri Cənubu Qafqaza girə bilərlər”

- Bəzi tanınmış şəxslər və siyasətçilər, həmçinin xalq artisti Zeynəb Xanlarova müharibə çağırışları edir, münaqişənin yalnız müharibə yolu ilə həllinin mümkün olduğunu bəyan edir. Bu cür çağırışlara münasibətiniz necədir?

- Söylədiyim fikirləri nəzərə alsaq görərik ki, müharibə bizə yaxın olan üç ölkənin zərərinədir. Bu üç ölkəni bir yerə yığıb, Qarabağda sülhü təmin etməliyik. Müharibənin qızışması geniş miqyas ala bilər və Cənubu Qafqaza Qərb ölkələri girə bilərlər, nəticə çox acınacaqlı olar. İstər biz, istərsə Ermənistan Suriyanın gününə düşərik.

Ölkə.Az

Şərhlər

XƏBƏR LENTİ