SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Mədəniyyət və Turizm Nazirliyindən "kəmərsıxma" məcburiyyəti... - İDDİA

Mədəniyyət və Turizm Nazirliyindən "kəmərsıxma" məcburiyyəti... - İDDİA

Tarix:

17-04-2017, 08:43

/ 38 563 dəfə oxundu.
Mədəniyyət və Turizm Nazirliyindən "kəmərsıxma" məcburiyyəti... - İDDİA

Mədəniyyət və Turizm Nazirliyi kitabxanalarda çalışan işçiləri növbə ilə bir aylıq öz hesablarına məzuniyyət göndərir.

Məlumat verən mənbənin sözlərinə görə, Nazirlər Kabinetinin bir neçə ay bundan öncə qəbul olunan qərarına əsasən kitabxana əməkdaşlarının əmək haqlarında artım baş vermişdi. Artıq işçilərə verilən həmin artım da kəsilib və onlar əvvəlki qaydada maaş alırlar.

Mənbə həmçinin onu da qeyd etdi ki, pensiya yaşına çatmış bütün kitabxana işçiləri işlərindən azad olunublar. Bundan əlavə kitabxanalar köməkçi işçilərlə də yollarını ayırıblar.

moderator

Şərhlər

XƏBƏR LENTİ