SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » "Azərpaşa Nemətovun məqsədi “Teafond”un əmlakını ələ keçirib, satmaqdan ibarət olub" — TXİ-nın üzvündən ŞOK İTTİHAMLAR

"Azərpaşa Nemətovun məqsədi “Teafond”un əmlakını ələ keçirib, satmaqdan ibarət olub" — TXİ-nın üzvündən ŞOK İTTİHAMLAR

Tarix:

14-11-2019, 16:11

/ 1 632 dəfə oxundu.
"Azərpaşa Nemətovun məqsədi “Teafond”un əmlakını ələ keçirib, satmaqdan ibarət olub" — TXİ-nın üzvündən ŞOK İTTİHAMLAR

Sovet hakimiyyəti dağıldıqdan sonra dövlət müəssisələrinə heç bir vəsait ayrılmadı. Bununla da dövlət müəssisələri özünümaliyyələşməyə keçdi. Beləliklə, Teatr Xadimləri İttifaqının (TXİ) nəzdində “TeaFond” (Teatr Fondu) adlı qurum yaradıldı. Məqsəd, TXİ-nin teatrların bir sıra problemlərini bu yolla həll etmək istəyi idi. Çünki, “TeaFond”un gəlirinin 30%-i TXİ-nin hesabına köçürülürdü. Bundan başqa iri müəssələrin şəhərin mərkəzindən köçürülməsi ilə əlaqədar Nizami küçəsində 90 saylı binada yerləşən 3 saylı çörək zavodu bağlanaraq “TeaFond”a verildi. Bununla da qurum istehsalat birliyinə çevrildi". Yuxarıda oxuduğunuz cümlələr TeaFond”un direktoru Şamil Ağayevə məxsusdur. Dediyinə görə, Teatrlar İttifaqının sədri Azərpaşa Nemətovun məqsədi “Teafond”un əmlakını ələ keçirib satmaqdan ibarət olub. Elə onunla söhbətimizdə iki qurum arasında baş verənlərin tarixinə nəzər salmağa çalışdıq.
Beləliklə, “Ölkə.Az”-ın suallarını Teatr Xadimlər İttifaqının üzvü, “TeaFond”un hazırda Çexiyada yaşayan direktoru Şamil Ağayev cavablandırır.
Şamil müəllim, Azərpaşa Nemətovu neçə ildi tanıyırsız?
- Mən Azərpaşanı 1988-ci ildən tanıyıram. O, o zaman rəhbər deyildi. Həmin illərdə TXİ-nin rəhbəri SSRİ-nin Xalq artisti Lütfiyar İmanov idi. O, mənim istehsalatdakı işlərimi bilirdi, respublikanın demək olar ki, çox nəhəng obyektlərində işlədiyimdən xəbərdar idi. Bizim təşkilata da orden verəndə mən heç zaman götürmürdüm. Lütfiyar buna görə, məni "TeaFond" istehsalat birliyinə dəvət etdi. Deməli, TXİ-nın o zaman öz istehsalatı vardı. Teatra lazım olan əşyaları sexlərdə istehsal edirdilər. Sonra o sexlər bağlandı. İmanov TXİ-nin nəzdində bu "TeaFond"u yaratmaq qərarına gəlir. Çünki, o zamanda aktyorlar çox az maaş alırdılar. Məqsəd istehsalatı qaldırmaq və teatrın aktyorlarının problemlərini həll etmək idi. İmanov məni dəvət etdi ki, mən gəlim istehsalatı qaldırım, artırım. Mən də razı oldum. Mən indiyə qədər TXİ-ya ərizə yazmamışam. Məni köhnə iş yerimdən bura köçürmə yolu ilə təyin etdilər. Ərizə yazmamağımı da xüsusilə vurğulayıram ki, bir azdan bu söhbətə qayıdacam. Quruma baş mühəndis kimi gəldim və başladım əlimdən gələni etməyə, istehsalatı inkişaf etdirməyə. Sonra "TeaFond" istehsalat birliyinin müdiri vəzifəsinə yüksəldim. Pirəbədildə xalça sexi, Ağsuda kiçik müəssisə kimi gəlirli yerlər yaratdıq ki, maliyyə gəlsin, aktyorlar da dolansın. "TeaFond"un nizamnaməsində də var ki, bu qurum gəlir əldə etmək üçün yaradılır. Çünki TXİ – ilə müqaviləmizdə bütün gəlirlərimizin 35 faizini onlara ödəməmiz haqqında maddə var. O zaman da Ayaz Mütəllibovun belə qərarı vardı ki, incəsənət sahələrinin qazancı az olduğuna görə, bütün vergilərdən azad olunsun. Biz də əldə etdiyimiz gəlirlərin 35 % verirdik TXİ-yə, 15 % əmək haqqı, 5% kommunala, 2 % ofis ləvazimətlərinə qalan gəliri isə başqa bir fonda keçirirdik.
Bizə ayrılan idarə çox darısqal idi. Buna görə də TXİ Nazirlər Kabinetinə məktubla müraciət etdi. O zaman havanı, ekologiyanı təmizləmək üçün iri zavodları, fabrikləri şəhərin mərkəzindən çıxararaq, şəhər ətraflarına yerləşdirdilər. Nazirlər Kabineti isə Xəqani 53-də yerləşən 1 nömrəli dəyirmanı satmaq üçün təklif verdi.
Bu zaman Lütfiyar İmanov mənə məktub yazır ki, dəyirmanı bizə-yəni TXT-yə verirlər, ancaq bizim pulumuz olmadığına görə, siz-yəni "TeaFond", pulu ödəyib oranı satın alın.
Mən köhnə pulla 600.000 min dollar "TeaFond"un pulundan ödəyərək oranı satın aldım. Onda 1 dollar 64 qəpik idi. Mən də bütün qəbzləri var, durur. Bundan sonra getdim Taxıl Nazirliyinə, binanı təhvil-təslim etdik, işə başladıq. Bir müddət keçdi, Sovet İttifaqı dağıldı.
Deməli, bir müddət keçdikdən sonra mən istehsalat birliyini, səhmdar cəmiyyəti etməyi təklif etdim. Bunun üçün TXİ-ya müraciət etdim. O zaman ittifaqın prezidenti Həsən Turabov idi. O da məkub yazaraq qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etdi. Onlar bizi qeydiyyatdan keçirdilər, vəsiqə təqdim etdilər. Bundan sonra düz ilyarım işlədik.
Azərpaşanı pisləmək istəmirəm. O, yaxşı rejissor ola bilər, amma yaxşı məmur deyil. Bu iki söz arasında böyük uçurum var. Elə bu müəssisə olandan sonra başladı ki, gəl, o dəyirmanı sataq, qazanaq. Mən də dedim ki, Azər müəllim, biz bunu necə sata bilərik ki, bura "TeaFond"un əmlakıdır? Mən bundan imtina etdim.
Soruşdu ki, bəs nə edək? Təklif etdim ki, ərizə yazım gedim, özünüz işləyin. O da təklif etdi ki, gəl, Səhmdar Cəmiyyəti yaradaq. Mən də razılaşdım, beləliklə, səhmdar cəmiyyət yarandı. 6000 dollar ödəyərək 1000 ədəd səhm çap etdirdim.
7 nəfər üzvümüz vardı, biri də TXİ idi. O zaman A.Nemətov TXİ-nin idarə heyətinin sədri idi.
Bir müddətdən sonra mənim ona mane olacağımı bilərək - çünki mən dövlətə məxsus olan əmlakı satmağa qarşı idim və buna heç cür razılıq vermirdim-qərara aldı ki, məni işdən çıxarsın. Axı, nə qədər ki, mən burdayam o, məkrli planını həyata keçirə bilməyəcək. Çünki, bizdə idarəetmə kollektiv idi. Yəni, əgər məni işdən çıxarmaq istəsələr, gərək kollektiv iclas edib, səsvermə nəticəsi ilə sədri işdən çıxarsınlar. Azərpaşa isə məni guya öz ərizəm ilə işdən azad edib. Mən isə yuxarıda da qeyd etdiyim kimi, nə işə qəbul olanda-xatırladım ki, o biri işimdən "TeaFon"da köçürülmə yolu ilə gəlmişəm-nə də başqa zaman ərizə yazmamışam. Gətirsinlər, mənə yazdığım ərizəni göstərsinlər, söz verirəm, bütün sənədləri atıb, media vasitəsi ilə onlardan üzr istəyəcəm.
O vaxtı Səbail rayonu prokuroru Tahir Kazımov TXİ –da yoxlama aparıb, nə qədər yeyinti tapmışdı. O sənədlərin sürəti məndə var.
Azərpaşa Nemətov mənim Turan Bankda olan 10.000000 (10 milyon) manat pulumun arxasına keçib.

“Səbail rayon prokurorluğunun TXİ-nın sədri Həsənağa Turabova təqdimatı
Səbail rayonu üzrə dövlət vergi müfəttişliyi TXİ-da və tabeçiliyində olan “TeaFond” istehsalat birliyində qiymət intizamını və vergi qanunvericiliyinə əməl olunması vəziyyətini yoxlanılmışdır. Yoxlama nəticəsində teatr cəmiyyəti 247.600 rubl, rəhbər işçiləri 120.000 rubl, “TeaFond” isə 119.700 rubl məbləğində cərimə edilmişdir. Qeyd olunan aktlarla tanış olduqda müəyyən edildi ki, aşkar edilmiş çatışmamazlıqlar və qanun pozuntuları teatr cəmiyyətinin rəhbər işçisi M. Xəlilovun öz vəzifəsinə məsuliyyətsiz yanaşma nəticəsidir ki, bunun səbəbi ilə cəmiyyət uzun müddət rayon vergi müvəttişliyində qeydiyyatdan keçməmiş və buna görə də dövlətin büdcəsinə cəmiyyətdən vergi tutulmamışdır. Buna görə də cəmiyyət cəriməyə məruz qalmışdır. Bundan başqa cəmiyyətin müdiri Nemətov Azərpaşa qanunsuz olaraq, teatr cəmiyyəti ittifaqında işləməyən bir sıra qohumlarını Arif, Sevil, Nərminə Nemətovların təyyarə ilə gediş haqqını cəmiyyətin hesabına ödəmişdir. Qeyd edilən qanun pozuntularının cəmiyyətin müdiriyyətinin məsuliyyətsizliyi, vəzifəsində sui istifadə etmə halı kimi qiymətləndirilməli və gələcəkdə bu kimi hallara yol verilməməsi üçün prokurorluq haqqında qanunun 26-cı maddəsini rəhbər tutub xahiş edirəm:
1. Təqdimatın kollektivin iclasında müzakirə edib qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər görəsiniz.
2. Pozuntulara yol verən şəxslər barədə tədbirlər görəsiniz.
3. Təqdimatın müzakirə nəticəsi və görülmüş tədbirlər barədə rayon prokurorluğuna bir ay müddətində məlumat verəsiniz. Səbail rayonu prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri H.M.Hüseynov.
(Ardı var...)

"Azərpaşa Nemətovun məqsədi “Teafond”un əmlakını ələ keçirib, satmaqdan ibarət olub" — TXİ-nın üzvündən ŞOK İTTİHAMLAR

Şərhlər

XƏBƏR LENTİ