SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Azərbaycanlı aktrisa həmkarına ərə gedir - FOTO

Azərbaycanlı aktrisa həmkarına ərə gedir - FOTO

Tarix:

14-11-2019, 14:35

/ 3 089 dəfə oxundu.
Azərbaycanlı aktrisa həmkarına ərə gedir - FOTO

Bir müddət əvvəl aktrisa Asya Atakişiyevanı sevgilisi aktyor Əmrah Dadaşovla görüntülənmişdik.

Yayılan fotolardan sonra Ə.Dadaşov açıqlama verərək, bir neçə aydan sonra münasibətlərini ciddiləşdirəcəklərini demişdi.

Ötən gün cütlüyün “hə” mərasimi baş tutub. Bu barədə aktrisa özü paylaşım edib. O, elçilik zamanı gətirilən tortun fotosunu sosial media hesabında paylaşıb.

Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək “Həyat sən nə qəribəsən”, “Qayınana”, “Ata ocağı” kimi seriallarda rol alıb. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur. İndiyədək obrazlarına görə, müxtəlif mükafatların sahibi olub.

Azərbaycanlı aktrisa həmkarına ərə gedir - FOTO

Şərhlər

XƏBƏR LENTİ