SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » "Gülyanaq "Leyli" obrazına görə 4 min ödəyib"

"Gülyanaq "Leyli" obrazına görə 4 min ödəyib"

Tarix:

28-10-2019, 15:30

/ 1 499 dəfə oxundu.
"Gülyanaq "Leyli" obrazına görə 4 min ödəyib"

Əməkdar artist Nigar Şabanova ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasındakı qalmaqal daha da böyüyüb.

Sənətçi "Hər şey daxil" verilişində teatrın "Leyli və Məcnun" tamaşasında Leyli obrazını oynamaq üçün ondan 4 min manat rüşvət istənildiyini iddia edib.

Bu dəfə isə Nigar yenə də proqrama telefonla bağlanaraq, Xalq artisti Gülyanaq Məmmədovanın da pulla sözügedən obrazı oynadığını söyləyib:

"Eşitmişəm ki, Gülyanaq Məmmədova pul verib, "Leyli və Məcnun" tamaşasında oynayıb. Gülyanaq xanımın sənət stajı qədər mənim yaşım yoxdur. Onun qazancının yarısını qazanmıram. Mənim yaşım o deyil ki, hər dəfə gedim 3-4 min verim və Leyli oynayım. Mənə maraqlısı odur ki, niyə indi oynayan digər gənclər pul ödəmir, Nigar ödəməlidir?

İllərdir susuram, amma indi məsələni qaldıracam. Bura dövlət teatrıdır, özəl klinika deyil. Bir dəfə operada Leyli oynadım, uğurlu da alındı. Onda mən pul ödəməmişdim. Sonradan pul istədilər".

Şərhlər

XƏBƏR LENTİ