Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verlişinin aparıcısı Xoşqədəm Baxşəliyeva təhdid edilir.
BiG.AZ xəbər verir ki, bunu aparıcı özü bildirib.
Onun sözlərinə görə, qaynanasının evindən itkin düşən 2 ayın gəlini Müjgan Məmmədlinin həyat yoldaşı və onun müdiri aparıcını təhdid edir:
"Deyirlər ki, gəlib Xəzər televiziyasını partladacağıq. Məni Müjganın qaynanası da təhdid edir. Gözləyirəm, Gəl! Müdir, sənin bu məsələdə marağın nədir? Yəqin ki, Müjganın yerini bilirsiniz".