XalqXəbər.Az

Prezident Murad Köhnəqalaya ev verdi

Prezident Murad Köhnəqalaya ev verdi
23-07-2019, 16:59

Prezident İlham Əliyev şair-publisist Murad Köhnəqalaya mənzil hədiyyə edib.

Bu barədə məlumatı şairin özü sosial şəbəkədə paylaşıb. Bildirib ki, mənzil problemi ilə bağlı Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətə müsbət cavab verilib:

“Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram! Qoy həmişə günəş olsun!”

Qeyd edək ki, ötən ay Azərbaycanın bir qrup tanınmış jurnalisti və millət vəkili 60 yaşını qeyd etməyə hazırlaşan Murad Köhnəqalanın mənzil probleminin həlli üçün ölkə başçısı İlham Əliyev və I Vitse Prezident Mehriban Əliyevaya müraciət etmişdilər.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.