SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » “...Ağlamaqdan səsim batdı” - Əməkdar artist

“...Ağlamaqdan səsim batdı” - Əməkdar artist

Tarix:

16-03-2017, 15:01

/ 1 913 dəfə oxundu.
“...Ağlamaqdan səsim batdı” - Əməkdar artist

“Rəhmətlik həyat yoldaşım şəhid olanda 24 yaşım var idi. Uşaq da 1 yaş 8 aylıq idi. Nə çəkdiyimi təsəvvür etməyin. Ağlamaqdan əsəblərim pozuldu, amma heç kim bilmədi”.

Bu sözləri əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb.

Müğənni son zamanlar artan intihar hadisələrinə münasibət bildirib:

“Evimdə satılacaq heç nəyim qalmamışdı, yenə dözürdüm. Heç bunları dərd etmirdim. Elə olurdu ki, çörək almağa bir manatım belə olmurdu, amma dözürdüm. Düşünürdüm ki, hər şey yaxşı olacaq. Bir gün ağlamaqdan səsim batdı.

Yenə susdum. Heç vaxt özümə qəsd etməyi düşünmədim, uşaqlarımı ortada qoyub qaçmaq niyyətində olmadım. Bu nə biabırçılıqdır? Bir şey olmamış özlərinə qəsd edirlər”.

Şərhlər

XƏBƏR LENTİ