XalqXəbər.Az

Xalq artistinin ayağı amputasiya edildi

Xalq artistinin ayağı amputasiya edildi
28-12-2018, 12:37

Onun qanqrena olan ayağı barmaq hissəsindəın amputasiya olunub

"Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir”.

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.

Aktyorun qızı qısaca əməliyyatın təfərrüatı barədə də danışıb: "Atamın qanqrena olan ayağı son qərara əsasən nə dizdən, nə də topuqdan deyil, yalnız barmaq hissədən amputasiya olunub. Hazırda yatır”.

Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.