SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Amaliya Pənahova ilə vida mərasimi... - Fotolar

Amaliya Pənahova ilə vida mərasimi... - Fotolar

Tarix:

9-11-2018, 12:00

/ 2 744 dəfə oxundu.
Amaliya Pənahova ilə vida mərasimi... - Fotolar

Hazırda Akademik Milli Dram Teatrında xərçəng xəstəliyindən dünyasını dəyişən 73 yaşlı xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir.

“Qafqazinfo”nun əməkdaşının məlumatına görə, mərasimdə mərhum aktrisanın ailə üzvləri, sənət dostları, həmkarları, eləcə də mədəniyyət naziri Əbülfəs Qarayev də iştirak edir.

Mərasimə qatılan əməkdar artist Teymur Əmrah Amaliya Pənahovanın vəfatının böyük itki olduğunu bildirib: “Yaxınlarına, ailəsinə səbr diləyirəm. Böyük itkidir. Azərbaycan teatrına töhfələr verib. Allah rəhmət eləsin”.

Xalq artisti Nurəddin Mehdixanlının sözlərinə görə, Amaliya Pənahova ömrünün son gününədək teatr üçün fədakarlıqlar edən sənətkar olub: “Hər zaman gənclərə dəstək olub, yanlarında olub. Çox çətin dövrdə Bakı Bələdiyyə Teatrını yaratdı, sənətdən uzaqlaşan şəxsləri ora dəvət etdi. O həm sənətçi, həm də insan olaraq özü üçün yaşamayıb. Amaliya Pənahovanın yeri hər zaman görünəcək. O, fiziki mənada uzaqlaşıb. Amaliya xanım hər zaman bizimlə olacaq”.

Əməkdar artist, rejissor Elxan Qasımov xalq artisti ilə dostluqlarının 56 il davam etdiyini vurğulayıb: “Qardaşlıq edirdik. Bir çox rolları ifa etmişik. Azərbaycan teatr sənəti dahi sənətkarlarla doludur. Amaliya Pənahovadan bir daha gəlməyəcək. Şübhəsiz ki, onun yeri cənnətdir. Onun həmkarı kimi deyirəm, səni burada çox sevirlər, Allah da səni elə sevsin”.
Amaliya Pənahova ilə vida mərasimi... - Fotolar
Amaliya Pənahova ilə vida mərasimi... - Fotolar
Amaliya Pənahova ilə vida mərasimi... - Fotolar
Amaliya Pənahova ilə vida mərasimi... - Fotolar

Şərhlər

XƏBƏR LENTİ