SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Fuad Poladova görə aktyora xəbərdarlıq edilib – “Azdrama”da QALMAQAL

Fuad Poladova görə aktyora xəbərdarlıq edilib – “Azdrama”da QALMAQAL

Tarix:

7-05-2018, 12:21

/ 1 626 dəfə oxundu.
Fuad Poladova görə aktyora xəbərdarlıq edilib – “Azdrama”da QALMAQAL

Mayın 5-də, aktyor Fuad Poladovun dəfn günündə, “Şah Qacar” tamaşasından sonra Akademik Milli Dram teatrında qalmaqal yaşanıb.

Teatrdan adının açıqlanmasını istəməyən şəxsin Kulis.az-a verdiyi məlumata görə, gərginlik tamaşadan sonra təzimə çıxan aktyorlardan birinin Fuad Poladovu xatırlaması və onun xatirəsinə tamaşaçılardan bir dəqiqəlik sükut xahiş etməsindən sonra yaşanıb.

Teatr rəhbərliyi aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib.

Qeyd edək ki, “Şah Qacar” mərhum aktyor Fuad Poladovun baş qəhrəmanı oynadığı tamaşalardan biridir. İndi Qacar rolunda Akademik Milli Dram Teatrının aktyoru Abbas Qəhrəmanov çıxış edir.

Tərəflərdən heç biri məsələ ilə bağlı açıqlama vermək istəməyib. Məsələ ilə bağlı hər hansı açıqlama olarsa, yayımlamağa hazırıq.

Şərhlər

XƏBƏR LENTİ