XalqXəbər.Az

ATV-nin Zümrüdü “Xəzər”ə keçdi

yüklənir...
ATV-nin Zümrüdü “Xəzər”ə keçdi
17-01-2017, 15:24
yüklənir...

Uzun illərdir ATV-də çalışan teleaparıcı Zümrüd Bədəlovanın telekanalla yolları ayrılıb.

O, bir neçə gündür "Xəzər" telekanalında işə başlayıb. Zümrüd artıq Nəsib Nurun aparıcılığı ilə yayımlanan "Nəsib olsa" verilişində redaktor vəzifəsini icra edir.

Qeyd edək ki, Zümrüd son olaraq ATV kanalında da redaktor kimi çalışıb.

Teleaparıcı açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, ATV onun üçün doğma kanaldır:

"Televiziya sahəsində qazandığım təcrübəni bu kanala borcluyam. 16 yaşımdan ATV-də çalışmışam. "Xəzər"dən edilən təklif daha cəlbedici olduğu üçün qəbul etdim. Məni çox yaxşı qarşıladılar. Gənclərdən ibarət həvəsli, işgüzar komandamız var. "Xəzər"in daha da uğur qazanması üçün öz töhfəmi verməyə çalışacam".

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.