SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Xalq artisti həyat yoldaşından danışdı: O bilir ki, Aygün Bayramova kimdir

Xalq artisti həyat yoldaşından danışdı: O bilir ki, Aygün Bayramova kimdir

Tarix:

28-09-2017, 15:59

/ 107 620 dəfə oxundu.
Xalq artisti həyat yoldaşından danışdı: O bilir ki, Aygün Bayramova kimdir

ARB TV-nin “Ömrün fəsilləri” verilişinin növbəti qonağı Xalq artisti, xanəndə Aygün Bayramova olub.
Xanəndə əvvəlcə yeni ailə qurmasından danışıb.
“Sənət başqadır, ailə başqa. Seçim çox çətindir. Mən çox seçici adamam. İnsanı gərək ailə qurduğu insan başa düşsün. Birinci növbədə etibarını qazanmalısan. Bunlar şərtdir. İnsanın yarı olmalıdır. Heç vaxt düşünməmişəm ki, ailə xətir üçün qurulmalıdır”.
Daha sonra Xalq artisti gec ailə qurmasının səbəbini açıqlayıb: “Mütləq olmalıdır”,- deyə bir fikrim olmayıb. Demişəm ki, bəlkə, belə olmalıdır. Bu yazı yazıldı, bitdi. Yaxşı yazıydı. Allah nə zaman məsləhət bildi, mən də imza atdım. Bu gün çox xoşbəxtəm. İnsan ailə quracağı insanın kim olduğunu bilməlidir. O insan bildi ki, Aygün Bayramova kimdir. Ailə qurmaq istəyən insanlar olub. Amma o imzanı çəkməmişəm. İndi çəkdim”, - deyə A.Bayramova bildirib.
O, həyat yoldaşından da söz açıb: “Musiqini çox sevir. Hamını da tanıyır. Çox mütaliə edir. Udu gözəl ifa etməyi bacarır. İnsani keyfiyyətləri də gözəldir. Ən əsası odur ki, o bilir ki, Aygün Bayramova kimdir”.

Şərhlər

XƏBƏR LENTİ