Bu gün Qurbanxan Dəmirovun 60 yaşı tamam olur

Bu gün Qurbanxan Dəmirovun 60 yaşı tamam olur Şirvanlı sahibkar Qurbanxan Dəmirov 60 yaşını qeyd edir
Qurbanxan müəllim Şirvanda sahibkarlığın inkişafında aparıcı rola sahib olan insanlardan biridir. O, dövlətçiliyimizin möhkəmlənməsində müstəsna xidmətləri olan şəxsiyyətlərdəndir. Ölkədə sahibkarlığın inkişafında, Qurbanxan Dəmirovun özünəməxsus rolu var. Qurbanxan Dəmirov, sahibkarlığın sürətli inkişafının nəzəri əsaslarını öz çıxışlarında da dolğun şəkildə ifadə edir. Qurbanxan müəllim həqiqətən də böyük şəxsiyyətdir. Çox təcrübəli, praqmatik və həmişə müasirliyin nəbzini tutan bir insandır. Şirvanlılar qeyd edirlər ki, Qurbanxan müəllim olan yerdə yüksək səviyyəli peşəkarlıq və qayda-qanun daim vardır. Qurbanxan müəllim böyük təcrübəyə və dərin zəkaya malik bir insandır. İstər sahibkarlıq fəaliyyətində, istərsə də digər çətin məqamlarda onun nümayiş etdirdiyi səbr və təmkinə valeh oluruq. Biz ona ilk növbədə can sağlığı, uzun ömür və sahibkarlıq fəaliyyətində böyük nailiyyətlər arzulayırıq.
Peyman Sadıqov: Qurbanxan müəllim uzun illər boyu Şirvan əhalisinə və dövlətinə yüksək amallarla, yorulmadan xidmət edən sahibkarlardan biridir. O, Ulu Öndər Heydər Əliyevə sadiq, sədaqətlə bağlı olan şəxsiyyətdir. Bunlar Azərbaycanda dövlətçilik təfəkkürünün formalaşmasında çox önəmli rol oynayır. Bununla yanaşı, onu daimi izləyən başqa bir xüsusiyyəti də var. O, Azərbaycan cəmiyyətindən gələn və dövlətin mənafeyi üçün ölkə rəhbəri tərəfindən qoyulmuş xətti ardıcıl olaraq həyata keçirməyə çalışan bir insandır. Etiraf etmək lazımdır ki, Qurbanxan Dəmirovun naturasında dövlət-adam keyfiyyətləri birləşib. Arzu edirəm ki, o, bundan sonrakı dövrdə də dövlətimizə xidmət etsin və Şirvanımızın gələcəkdə də sahibkarlıq sahəsində böyük uğur qazanmağında iştirakını əvvəlki əzmlə davam etdirsin.

xalqxeber.az
Geri qayıt