Sevilin gündəliyi

Sevilin gündəliyi Rəsulova Sevil FİZKA RİYAZİYYAT TƏMAÜLLÜ liseyin 9-cu sinifində oxuyur. Bu gənc qızın liseyə və müəllimlərinə olan sevgisi haqda yazdığı gündəliyi siz dəyərli oxucularımıza təqdim edirik.
Bizim liseydə Respubilkanın müxtəlif bölgələrindən 600 dən şox şagird təhsil alır. Ümumkikdə lisey faliyyətə başladığı dövür etibarı ilə uğurlu nəticələr əldə edib.Təhsil ocağının məzunları arasında 300 dən çox elimlər namizədi, 30 a yaxın elimlər doktoru var. Düzü belə insanların oxuduğu liseydə təhsil almaq mənə qürur verir. Oxuduğum lisey mənə çox doğmadır çünki burada bizim özümüzü hərtərfli inkişaf etdirməmiz üçünbütün imkanlar yaradılır. Müəllimələrimiz bizim hər bir uğurumuza dəyər verir və bizi motivasiya edir. Fənnindən asılı olmayaraq mənə inanan və dəstək olan hər bir müəllimimə öz təşəkkürümü bildirirəm.
Fənnlər arasında ən çox sevdiyim fənn riyaziyyat fənnidir. Bu fənni mənə ilksevdirən və üzərimdə zəhməti böyük olan riyaziyyat müəllimim Fidan Musayevaya və Afət Əliyevaya öz təşəkkürümü bildirirəm. Riyaziyyatı çox sevdiyimdən bu elmin daha da dərinliklərini oyrənmək üçün olimpiadalara qatılmaq , özümü sınamaq qərara aldım.
Bildiyimiz kimi riyaziyyat olimpiadaları məktəb. proqramından xeyli fərqlənir. Burada məsələlər daha düşündürücü və ali riyaziyyat səviyyəsində olduğu üçün xüsusi hazırlıq tələb edir. Bu sahədə mənə öz dəyərli məsləhətləri ilə təmənnasız dəstək olan müəllimlərimə çox borcluyam. Hal -hazırda ən böyük hədəfim Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında(EGMO) iştirak edərək yüksək nəticə ilə bayrağımızı yüksəklərə qaldirmaq və dövlətimizi layiqincə təmsil etməkdir Ən böyük məqsədim gələcəkdə ölkəmizdən kənarda təhsil almaq, elmin sirlərinə nail olmaqdır.
Mənim anam, Fərqanə xanıma təhsilimdə daha çox əziyyətimi çəkən, mənim ən kiçik uğuruma sevinən və ən böyük dəstəkçimdir.
Riyaziyyatdan başqa komputer elmlərinə , proqramlaşdırmaya böyük marağım var. Boş vaxtlarımdabununla bağlı təlim və seminarlara qatılaraq bu sahədə özümü inkişaf etdirməyə çalışıram . Python və C++ proqramlaşdırma dillərini və HTML veb -design proqramını bilirəm. Bundan başqa ADA universitetinin və Azərbaycanda Amerika Səfirliyinin təşkil etdiyi proqramlaşdırma ilə bağlı daha bir neçə seminarlarda da uğurla iştirak etmişəm. Çalışıram ki özümü hər tərəfli inkişaf etdirim . Bu səbəbdən vaxt tapdıqca sosial fəaliyyətlərlə bağlı təlimlərdədə iştirak edirəm. Buna misal olaraq Xəzər Gənclər Evinin Erasmus proqramı çərçivəsində təşkil etdiyi “Düşüncəni dəyiş ,həyatını dəyiş” adlı sosial sahibkarlıq fəaliyyəti ilə bağlı təlimdə uğurla iştirak edib , burada öz gələcək sosial lahiyəmi təqdim etmişəm.
Ümid endirəmki Liseyimizin fəxri olan məzunlarından olan YASİN UĞUR, Rəna Əliyeva, Murad Agazadə, Zehra Bayramli, Ramil Cəbizadə və digər məzunlar kimi məndə respubilkamızı xarici univeristetlərdə təmsil edəcəm. Azərbaycanın inkişafında mənim kimi şagird və tələbələrin ölkədən kənarda təhsil alıb vətənə dönməsi, daha çox inkişafa səbəb olar. Təbiki bunlar bir arzudur və bu arzuların gerçəkləşməsi üçün dayanmadan oxumaq və araşdırmaq lazımdır.
Sevilin gündəliyi








Geri qayıt