Azərbaycanın 10 milyonu hara getdi? – Aydın Canıyev yazır

Azərbaycanın 10 milyonu hara getdi? – Aydın Canıyev yazır Və yaxud diaspora haqqında tükürpədici xəbərlərə münasibət

Azərbaycanda başa düşürəm: Elman Nəsirov, Hadı Rəcəbli, Siyavuş Novruzov necə utanmadan, həyasızcasına xalqın rəyinə, bildiyi həqiqətlərə tüpürərək, qıpqırmızı üzə durub antimilli, antixalq çıxışlar edirlər. Çünki elə o Hadı Rəcəbli toyda “Barı Naxçıvan”a guya oynaya bilmədiyini deyən birinə dediyi kimidi vəziyyət: “oyna, qurban sənə, oyna, oynamasaq, nəslimizi kəsərlər!”

Hərçənd Hadı Rəcəblinin və onun kimilərinin nəsli məhv edilsə də, nəinki Azərbaycana, heç doğulduğu Veravul kəndinə heç nə olmaz – 30 ildir deputatdır, 30 ildə 30 maşın yox e, heç 3 maşın o kəndin küçələrinə çınqıl tökdürməyib.

Yalandı deyir, həyasızlıqdı edir, hər nə edir edir – səbəbi məlumdu: Azərbaycanda “Naxçıvan” havasına oynadırlar! Oynamayanın yeri… Şüvəlandı, Kürdəxanıdı!

Başa düşdük, razılaşırıq da, nə qələt edəsiyik keçəl dədəmizin yeddi arxa dönəniylə, amma və lakin… axı Moskvada nə azzar düşüb bu havaya oynayırsan?

Deməli:

Aldığımız məlumatlara görə, amma dəqiqləşdirmək imkanı sıfır olan, gerçəklikdə isə bütün yanakı-çəpəki, həm də birbaşa sübutlar var: Prezident Aparatı səviyyəsində Rusiyada diaspora düzəninə “əl gəzdirmək” üçün para ayrılır və “müəyyən” adamlar buna müvəkkil ediliblər. Kimdir o adamlar – Prezident kürəkəninin əmisi Fazil Qurbanov, əslən şuşalı, alim Kamran Rüstəmov və bərdəli İlqar Hacıyev… hərəkətə keçiblər. “VAK”-ın “varisləri”nin RF Ədliyyə Nazirliyinə “şeyx Nəsrullah” ümidiylə baxması, qapısında gecə-gündüz sinsiyib qalması heç bir nəticə verməsə də, verilən təlimatı yerinə yetirmək üçün üçüncü cəhd də boşa çıxıb.

Halbuki adamlar fəaliyyətdə olan, sədri Dövlət rəhbəri yanında məşvərətçi səsə malik, Prezident yanında komissiya üzvü olan RAFMM-ə dəstək ola bilərdilər, olmalıdırlar, ANCAQ…

Anlamaq istəmirlər ki, Rusiya Ədliyyə Nazirliyi azərbaycanlılar adına ikinci bir rəsmi qurum tanımayacaq!

Anlamaq istəmirlər ki, hətta hansısa təşkilatı qeydiyyata aldırıb diaspora adına ortaya çıxsalar belə, onlara bu iqtidarın əlindən Rusiyaya sığınmış azərbaycanlılar yox, bu iqtidara “çerez Rusiya” “podxod” edən yaltaq-yalaq “törəmələr” üz tutacaq

– Azərbaycanda Hadı Rəcəbli, Siyavuş Novruzov, Elman Nəsirov ola bilməyənlər, yəni…

Yəni, Fazil Qurbanovun “ağsaqqallığı” ilə Kamran Rüstəmov, İlqar Hacıyev başlayacaq “ərazi idarəetmə orqanları ilə iş şöbəsinin Moskva nümayəndəliyi”ndə fəaliyyətə.

O ayrı yazılıqdı, o barədə sonra yazarıq: İlham Əliyev Lujkovdan “Bakı” kinoteatrını Azərbaycan adına aldı, İlqar Hacıyev onu hətta erməniyə də icarəyə verdi, indi də bilinmir başına nə daş salınıb “Bakı” kinoteatrının.

Əlbəttə ki, bunu anlamaq çətin deyil ki, Azərbaycanda “qanuni oğru” institutu və hüquq müdafiəçiliyi tam iflasa ona görə uğrayıb ki, hakimiyyətdə elə həm də “qanuni oğru”lar var – adama heç cür cinayətini sübut edə bilməzsən! Əksinə, özünü ya həbsə aldırarsan, ya da ucuz qurğuşuna qurban gedərsən. Faktiki isə…

Fazil Qurbanov və Kamran Rüstəmov fəaliyyətə başlayıblar və əmin olun ki, yaxın gələcəkdə Prezident Aparatından maliyyələşdirdiklərini ətraflarına söyləyən bu adamların qurbanları tanınacaq.

Deputat, icra başçısı təyin olunanların içində isə onların təbliğatçılarının adlarını görəndə deməyəsiniz bilmirdik.
Dedim də qabaqcadan!

Mənə maraqlı olan da bax budur: Moskvada olasan, alim olasan, tam təmin olunmuş biri olasan, sən Moskvada niyə “Naxçıvan” havasına oynayasan, faktiki sənin Şuşanda Paşinyan “Yallı” gedir sənin əvəzinə?

Sən bunun üçünmü gəlmişdin Moskvada alim olmuşdunmu ki, Şuşaya xəyanət edəsən… alim kimi qazandığın nüfuzunla?
Sən qarabağlı ola-ola, paytaxtına, ölkənə mənsub bir kinoteatrı icarəyə verib qəhr etmək üçünmü gəlmişdin Moskvaya?

Sən ona görə qohum olmuşdunmu ki, Azərbaycanı sənsiz də bərbad günə qoyan sülaləylə? Ki… Azərbaycanda azərbaycanlılara çəkdirilən zülmlər az idimi, sən də qoşuldun ki, Rusiyadakılar da zəlil olsun?

Azərbaycan diasporunu Rusiyada insultun ağır halına gətirənlərədir sualım: Ey, sən… “DİAS” (desmoteplaza pri ostrom insulte), ne PORA li, ostanovitsya?

Niyə belə təlaşla bildirirəm?

Fazil Qurbanov artıq 75-i adlayıb, indi vətənpərvərlik damarı tutub! Bu bunun qocası.

Cavanı Fuad Abbasov idi, əlinə verilən… piştonla bir-iki atımlıq barıtını partlatdı, Azərbaycanda sakit oturub!

Kamran Rüstəmov indi hesab edir ki, elmin axırına çıxıb, diasporanın da axırına çıxmaq vaxtıdır.

Böyür-başına yığdıqlarının da əksəriyyəti… Azərbaycan qeydiyyatında olanlar. Azərbaycandan ayrılan 10 milyon pulun artıq 300 mininin başına daş salınıb. Bir azdan Fuad Abbasov olayındakı kimi, Rusiya xüsusi xidmət orqanları “xəbər” tutacaq, hurrey, deportasiya başlayacaq və ondan sonra… diaspora ilə heç kim maraqlanmayacaq, dəstək olmayacaq, tədbirlərə qoşulmayacaq, ortada katibələr, çaydaşıyanlar ağsaqqal-ağbirçək olacaqlar müqəvva kimi! Çünki Fazil Qurbanovun missiyası buna nail olmaqdır ki, belə bir anlayış olmasın Rusiyadakı azərbaycanlılarda. Göz gördüyündən qorxar, onçun!

Aydın Caniyev
Geri qayıt