Vətən Ana sayılsa da, hər Ana vətən deyil, soxuşdurmayın! - Aydın Canıyev yazır

Vətən Ana sayılsa da, hər Ana vətən deyil, soxuşdurmayın! - Aydın Canıyev yazır MÜSABİQƏDƏNKƏNAR YAZI: Azərbaycan Demokratik Cümhuriyyətinin 100, Heydər Əliyevin 95, Ayaz Mütəllibovun və Əbülfəz Elçibəyin 80, anamın 70, özümün 50, nəvəmin 1 yaşına!

Türklər tarixin fateh xalqıdı - qələt edər talış, rus, fars, erməni, ingilis və yaxud da ərəb buna etiraz edər! Anlaşdıqmı? Delo ne v etom. Delo v tom ışto...

Məmməd Əmin Rəsulzadə böyük insandır, böyük vətənpərvərdir. Dühadır, mübarizdir, necə ki ərəblər deyir e atam-anam sənə qurban ya peyğəmbər, bax heylə də Məmməd Əmin əmi. amma və lakin... Məmməd Əmin Rəsulzadə, o boyda düha Gümrü-Leninakan əvəzinə İrəvanın ermənistana paytaxt, müstəqil dövlətin rus işğalçılarına təslim səhnəsinə baxmaqdan başqa bir şey edə bilmədi!
Nəriman Nərimanov bu xalqı Məmməd Əmin Rəsulzdədən də çox istəyirdi, öz götüylə vətən torpağının fərqini bilməyən Əliheydər Qarayevlərə uduzaraq, tarixi Qarabağ torpaqlarının erməni muxtar vilayəti kimi təsdiqini seyr etməkdən başqa əlindən nəsə gəlmədi!
Heydər Əliyev hamıdan böyükdü, hamıdan çox vətənpərvərdi, hamıdan dahidi - Çörçil, Şarl de Qoll qələt eləyər yanında, hətta Atatürk onunla müqayisəyə gəlmir, amma və lakin... Bu ölkənin 5 rayonu rəsmən onun vaxtında erməni əlinə keçdi və biz ermənilərlə döyüşməkdən rəsmən vaz keçdiyimizə imza atdıq! Əvəzində Surət Hüseynovla, Rəsul Quliyevlə, Rəhim Qazıyevlə, İsgəndər Həmidovla, Rövşən Cavadovla döyüşdük, dəfn etdik, sürgünə göndərdik!
Əbülfəz Elçibəy, imamdır, imam övladıdır, vətənpərvərdir, Azərbaycan üçün ölməyi, döyüşməyi bacarmasa da, danışanda gözəl danışan idi, sadə idi, "Heyvagülü" havasından başqa bir hava bilmədi, korrupsiya, rüşvətxorluq, şərəfsizlik, biqeyrətlik havasını oynaya bilmədi, amma və lakin... O da götüylə vətən torpağının fərqini bilməyən Əliheydər Qarayevə uduzan Nəriman Nərimanov kimi, Əbülfəz Elçibəylə Heydər Əliyevin fərqini bilməyən Nemət Pənahlıya, Etibar Məmmədova, İsa Qəmbərə, Pənah Hüseynova, Əli Kərimliyə uduzdu, üstəlik də döyüşlə alınması heç cür mümkün olmayan Kəlbəcərin, Laçının işğalını seyr etməklə sonda yun fabrikinin direktoruna uduzdu!
Ayaz Mütəllibov... Bu xalqın içində rusa onun qədər sədaqətli olanı olmayıb - əlində SSRİ DİN daxili qoşunlarının birləşmələri, özünün DİN-i, MTN-i ola-ola, cəmi bir dənə tank üstündə üstünə gələn Fazil Qəzənfəroğluyla Fəhmin Hacıyevə uduzdu - vətəni də, torpağı da, prezidentliyi də. Yaxşı ki, uduzdu: yoxsa ölkə başdan-ayağa Şamaxılı Bakılıların "çuşka" həqarətindən öləcəkdi!
Bax gülləni burda sıxmaq lazımdı alnıma. Ki... düşünürəm: Bu xalqın 100 ildə ən böyük övladları bu vətənin əldən sakitcə getməsinə ancaq tamaşa ediblər! Həəəə, tamaşa ediblər bu xalqın - Möhtəşəm Türkün təcavüzə uğramasına tamaşa ediblər və istəyirlər ki, istəyiblər ki, bu xalq onlara öndər desin!
Nədə və harda böyük idilər bu böyük Öndərlər?
ADR -100-ün, dolayısıyla Məmməd Əmin Rəsulzadənin nəyi qalıb? - 20 faiz ərazisi işğalda!
Nəriman Nərimanovun nəyi qalıb - iki-üç heykəli, bir neçə yerdə adı!
Əbülfəz Elçibəyin nəyi qalıb? Varlığıyla bir AXC varıydı, öldü, 50 müxtəlif təmayüllü tör-töküntü üzə çıxdı, halbuki hamını birləşdirən dəyər idi! İndi elçibəyçi, bir vaxtlar pul buraxıb Elçibəyin adını mənfiyə çəkən yazarların var-yoxunu söydürən yazıları yazdıran, hətta telefonlarına kontur yüklətdirib ailələrinə zəng elətdirən Fazil Qəzənfəroğlu Milli Məclisin salonunda kürəklərini ata-ata gülür ki, ay sənə qurban olum Heydər Əliyev, gör Azərbaycan nə gündədi ki, liderimə həqarət etdiyin halda, Sənin Milli Məclisində deputatam və cəmiyyətə MƏSAJ (guya kişinin oğlu tərtəmiz ingilis dilini bilir və "mesj" sözünü efirlərdən "MƏSAJ" kimi səsləndirməklə demokratiyanın tam və qəti qələbəsinə nail olub!) verirəm. Ki... ölkədə konstruktiv müxalifətin olması vacib və zəruridir!
Həəə... Heydər Əliyevdən nə qalıb - rüşvətə, korrupsiyaya bulaşmış, ana-bacı söyüşü ictimailəşmiş miskin və rəzil bir Azərbaycan! Təbliğatçılarının da tam əksəri Elçibəyin silahdaşları, onun yolunda olanlardır!
Mənim anam 70 yaşındadı - Azərbaycanın taleyində nə rolu var, nə də tarixi ona vız gəlir! MƏMMƏD kişiyə ƏMİN olub onun RƏSULu olan ZADƏlərini dünyaya gətirdi, oxutdu, göndərdi bu vətəni qorumağa, əsgərlikdən qarşıladı və toylarını da elədi, üstəlik torpaq da aldı adlarına bu ölkənin torpağını satanlardan!
Mənim 70 yaşlı anam üçün vətən anlayışı və böyük kişi, öndər anlayışı yoxdu! O, bir kişi gördü və o kişi son günə qədər böyük də olaraq qaldı həyatında - amma və lakin... Bu vətən anamdan fərqli olaraq, öz böyük kişilərinin seyrçiliyi ucbatından hər şeyini itirdi! Ona görə deyirəm ki, vətən ana deyil. Silliogizmi belə ifadə eləmək daha dəqiq olar: vətən anadır, amma hər ana vətən deyil!
O ki, qaldı mənim əlli yaşıma - apar tulla zibil yeşiyinə!
O ki, qaldı nəvəmin 1 yaşına - bax, bu, təhlükəlidir. Azərbaycanlılar daha Azərbaycanda dünyaya gəlmir! Artıq Qarabağda qarabağlı dünyaya gəlmədiyi kimi! Bu ayrı mövzudu, çünki Azərbaycanda dünyaya gəlməyən azərbaycanlı ilə Azərbaycanda oxumayan Azərbaycanlı da eyni dərəcədə Azərbaycan üçün təhlükəlidi!
P.S. Fazil Qəzənfəroğlu - Azərbaycanın 20 faiz torpağı erməni işğalında ola-ola atəşkəsə imza atan Heydər Əliyev ölkəsinin deputatı dünyaya 2.000.000 kv.km-lik Azərbaycan bəxş edən Şah İsmayıl Xətainin paçasını, dalını-qabağını barmaqlayır, özü hardadı bilmir! Bu ölkənin fəlakəti bu! Böyük Turan eşqli Elçibəyin müridi Böyük Azərbaycan şahını barmaqlayır!
ARD-100-ün faciəsi... Sözün və tarixin bitdiyi an!
Geri qayıt