ARZULAR ƏLÇATMAZ DEYİLMİŞ...

ARZULAR ƏLÇATMAZ DEYİLMİŞ... “Məktəb illərimdə peşə seçimindən söz düşəndə yolayrıcında qalırdım. Bilmirdim müəllim olum, yoxsa polis təhsili arxasınca gedim. Hər iki peşəni çox sevirdim. Müəllimlərimə baxdıqca bu peşəyə olan sevgim artır, rayonda isə polislərin sabitliyi qorumasıda fikrimdən qaçmırdı. Vaxt elə gətirdi ki, məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil oldum. Coğrafiya müəllimi ixtisası üzrə oranı bitirib, təyinatla Siyəzən Rayon Eynibulaq kənd tam orta məktəbində çalışmağa başladım. İstəyimə çatmışdım, lakin polis sevgisidə qəlbimdə kök salmışdı.”
Həmsöhbətim -Siyəzən Rayon Polis Şöbəsinin YYÇPİTQ-nin baş inspektoru, polis baş leytenantı Fərahim Qasımov uşaqlıq vaxtlarından qəlbində gəzdirdiyi xatirələrini mənimlə bölüşdü. Coğrafiya müəllimi işlədiyi məktəbdən söhbət açdı. Müəllim peşəsinə olan məhəbbətini, məktəbdə mehriban kollektivi haqda ürəkdolusu fikirlərini bölüşdü.
6 il işlədiyi məktəbdə direktor müavini vəzifəsinə qədər yüksələn F.Qasımov 2015-ci ildən daxili işlər orqanlarında çalışır. Rayon və kənd məktəblərində RPŞ-nin təşkilatçılığı ilə mütəmadi keçirilən tədbirlərdə çıxışlar edir, şagirdlərlə profilaktiki söhbətlər ararır.
Görüşümüz sonunda sevincini bizimlə bölüşdü: “Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə məktəblərdə keçirilən profilaktiki tədbirlər öz nəticələrini verir. 2017-2018-ci illərdə azyaşlılar arasında rayon üzrə heç bir cinayət faktı qeydə alınmayıb. Bu isə bizimi əziyyətimizin ən qözəl bəhrəsidir”.
Nizam Həmidov
polis leytenantı
ARZULAR ƏLÇATMAZ DEYİLMİŞ...
ARZULAR ƏLÇATMAZ DEYİLMİŞ...
Geri qayıt