Yunus Oğuzdan Möminə Xatun və Atabəy Eldəniz haqqında möhtəşəm tarixi roman

Köşə

Yazıçı - publisist Yunus Oğuzun yeni tarixi romanı dərc edilib. Roman Azərbaycan Atabəylər dövlətinin əsasını qoyan Atabəy Eldənizdən və onun xanımı Möminə Xatundan bəhs edir.

Dövrün ən ziddiyyətli məqamları ( xaşxaşilər hakimiyyətinin güclənməsi, Səlcuq dövlətinin zəifləməsi, konfliktlər, qarşıdurmalar) bu kitabda əks olunub.

Müəllif hadisələri həm münaqişələrlə müşaiyət edir, həm də tarixi - xronoloji ardıcıllığı qoruyub saxlayır.

Kitaba rəyi Azərbaycan Milli Elmlər Akademiyasının vitse - prezidenti, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, millət vəkili İsa Həbibbəyli və filologiya elmləri doktoru, akademik, AMEA - nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov yazıblar.

olaylar.az