İntihar etmiş jurnalistin həyat yoldaşı: - "...artıq bunu yazmalıyam"
- 30-05-2017, 09:36
- 43 258
Bunu bir müddət öncə intihar edərək faciəli şəkildə dünyasını dəyişmiş tanınmış gənc jurnalist və şair Mövludun həyat yoldaşı-jurnalist Sevinc Fədai öz “Facebook” statusunda yazıb.
O, yazıb ki, bütün dostlara, doğmalara, yadlara, onu bir sözündən, bir yazımdan tanıyan oxuculara, hamıya minnətdardır:
“…Var olun! Nə yalan deyim, sizə ehtiyacım vardı, həmişə də olacaq, insansız olmaz! Hamınızın ürəyindən öpürəm… Mutlu olmağınızı, sevilməyinizi, sevməyinizi, xoş günlərinizin şahidi olmağı istəyirəm. Yaxşı olmağınızı istəyirəm.
Mən anlayıram. Anlayıram ki, bir ana yaxşı, xoşbəxt olmasa, bir ananın ürəyi gülməsə, sevgi dolu olmasa, övladı da yaxşı olmaz, yarımçıq olar, yaralı olar. Ona görə də məndən nigaran, narahat qalmayın. Ucaldan narahat qalmayın. Hamınıza söz verirəm, onu gözəl böyüdəcəm, Mövludun ruhu, sizin də ürəyiniz rahat olsun!
Hə… mən Mövluddan da nigaran deyiləm artıq. Bayaqdan hər dəqiqəbaşı nə yedi, nə içdi, necədi deyə düşünürdümsə, yenə öskürürmü, gec yatmadı ki deyə narahat olurdumsa… indi elə bilirəm ki, o hamımızdan rahatdı, yaxşıdı, xoşbəxtdi, o gülür… Rahat uyu, dostum…
Və sabahdan yeni bir işə başlayıram. Bu, həm də yeni bir səhifə olsun. Ümid edirəm ki, bundan sonra azalmayacağıq, itirməyəcəyik.
Özünüzü qoruyun, dostlar! Bir də çox xahiş edirəm, heç kim mənim gözəl Ucalıma acıyaraq baxmasın. Onu və heç bir uşağı miskin böyütməyək. Ucala yaxşılıq etmək istəsəniz, sevginizi verin, necə yaxşı insan olmaq olar, onu göstərin, həyatdan ümidini üzməyin yetər… O güclüdü, belə də olacaq. Ucaldan və bütün gözəl insanlardan ötrü min yol! Hər şey yaxşı olacaq!”-deyə, S. Fədai sonra yazıb.