SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Hər “Boeing”in mayası 23 ilə çıxacaq - AZAL-la bağlı ilginc faktlar

Hər “Boeing”in mayası 23 ilə çıxacaq - AZAL-la bağlı ilginc faktlar

Tarix:

21-06-2017, 17:37

/ 55 754 dəfə oxundu.
Hər “Boeing”in mayası 23 ilə çıxacaq - AZAL-la bağlı ilginc faktlar

"AZAL dünyada bir bazarda tək inhisarçı şirkətdir ki, ziyanla işləyir. 2016-cı ildə ölkə ərazisində hava nəqliyyatından istifadə edən sərnişinlərin 98,5%-i AZAL-la uçublar.

İstədikləri qiyməti qoyurlar, amma hər il də sənədlərdə "ziyan"la işləyirlər, büdcədən dotasiya, Mərkəzi Bankdan qaytarmayacaqları kreditlər alırlar”.

Bu sətirləri iqtisadçı-ekspert Natiq Cəfərli feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, AZAL biri 250 milyon dollar olan 4 Boeing alır:"Bir uçaq orta məsafəli reysdən bütün xərcləri, vergiləri çıxanda, ortalama, 15 min dollar qazanır.

Bir uçaq orta məsafəli reysdə sutka ərzində 2 dəfə uçur. Deməli, bu 250 milyon dollarlıq Boeing 16667 reys etməli, bunun üçün isə 23 il uçmalıdır ki, mayasını çıxartsın”.

Onu da deyək ki, AZAL-ın uçuşlarının baha olmasından deputatlar da şikayətləniblər. Millət vəkili Qüdrət Həsənquliyev parlamentin iclasında qeyd etmişdi ki, ildən-ilə borclar və borc faizlərinin büdcədən ödənilməsindən narahatdır:

"Dövlət zəmanətləri ilə götürülən borclara görə pullar ödənilir. AZAL-a görə 624 milyon ödənilib. Dövlət AZAL-ı və digər bu kimi strukturları özəlləşdirməlidir”.

Şərhlər

XƏBƏR LENTİ