SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Mərkəzi Bank “canlı ölü”dür: Elman Rüstəmov Rüfət Aslanlının ayağına verilir

Mərkəzi Bank “canlı ölü”dür: Elman Rüstəmov Rüfət Aslanlının ayağına verilir

Tarix:

21-01-2017, 00:09

/ 2 836 dəfə oxundu.
Mərkəzi Bank “canlı ölü”dür: Elman Rüstəmov Rüfət Aslanlının ayağına verilir

Mərkəzi Bankın digər səlahiyyətlərinin də Maliyyə Bazarlarına Nəzarət Palatası verilməsi təklifləri səslənir

AMB manatın tam devalvasiyası siyasətindən sonra əhəmiyyətsiz quruma çevrilib.

Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilərək onların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.

Hesab edilir ki, qarşıdakı dövrdə də MBNP-yə əlavə səlahiyyətlər verilməlidir. Bu, həm də maliyyə bazarının inkişafı, yəni maliyyə nəzarəti baxımından normal addımdır. Çox güman ki, bu, həm də atılan addımların başlanğıcıdır.

Yəni, maliyyə sistemini böhrandan qurtarmaq üçün atılacaq addımların deyərdik ki, başlanğıcıdır. Bir çox addımlar da atılmalıdır. Ölkənin maliyyə sisteminin şəffaflaşdırılması, kapitalın sərbəst hərəkətinin təhlükəsizliyinə təminat kimi problemlər həll olunmalıdır.

Mərkəzi Bankın banklara əsasən nəzarət funksiyaları əlindən çıxıb. Yəni, banklara lisenziyaların verilməsi, ləğvi və bu kimi funksiyalar artıq yeni yaradılan quruma həvalə edilib.

Mərkəzi Bank ancaq pul tədavülü prosesini tənzimləyəcək və daha çox makroiqtisadi göstəricilərlə məşğul olacaq. Yəni, həmin o göstəricilərin yaxşılaşdırılması ilə məşğul olacaq

Bu funksiyaların da Maliyyə Bazarlarına Nəzarət Palatası verilməsi nəzərdə tutulur. Mərkəzi Bank ölü quruma çevrilməkdədir.

Bu isə o deməkdir ki, Elman Rüstəmov Rüfət Aslanlıya tabe etdirilir, ona uduzdurulur, ayağına verilir. Yada salaq ki, ötən ilin sonunda Azərbaycanda bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət edən orqan dəyişib.

Dəyişikliyə əsasən, bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən həyata keçiriləcək.

Bununla baş bankirin ətrafındakı halqa getdikcə daha da daralır. AMB sədri manatın qatili kimi cəzalandırılır. Bir müddət sonra AMB-nın ləğvi də gündəmə gələ bilər. AMB sədrinin yartımaz idarəçiliyi nəticəsində manat günbəgün ucuzlaşır.

Şərhlər

XƏBƏR LENTİ