SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Süni qiymət artımına yol verilməməlidir" - Prezident

"Süni qiymət artımına yol verilməməlidir" - Prezident

Tarix:

10-04-2017, 16:26

/ 58 168 dəfə oxundu.
"Süni qiymət artımına yol verilməməlidir" - Prezident

“Bu ilin ilk 3 ayı yaxşı nəticələrlə yekunlaşıb”.

Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı deyib ki, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi önəmli məsələlərdən biridir: “Süni qiymət artımına yol verilməməlidir”.

Prezident İlham Əliyev bildirib ki, dövlət büdcəsinin icrası uğurla gedir: “Bu ilki investisiya proqramlarının tam şəkildə icra olunması vacibdir. Ölkə üçün ən lazımlı layihələrə vəsait ayrılıb. Maliyyə vəziyyətimiz yaxşıdır. Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə çoxdur”.

Şərhlər

XƏBƏR LENTİ