SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Sabiq bank sədrinə Beynəlxalq Bankda vəzifə verildi

Sabiq bank sədrinə Beynəlxalq Bankda vəzifə verildi

Tarix:

24-10-2019, 12:22

/ 1 171 dəfə oxundu.
Sabiq bank sədrinə Beynəlxalq Bankda vəzifə verildi

Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub

“Marja”nın Bankdan əldə etdiyi məlumata görə, İlham Həbibullayev Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin strateji layihələr üzrə müşaviri vəzifəsinə təyin edilib.

1977-ci il təvəllüdlü İlham Həbibullayev 1997-ci ildə BDU-nun Tarix fakültəsini bitirib. 2001-ci ildə İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsindən məzun olub. 1995-ci ildən bank-maliyyə sektorunda olan İ.Həbibullayev ayrı-ayrı banklarda, o cümlədən Unibank və Expressbankda müxtəlif vəzifələrdə çalışıb.

2010-2017-ci illərdə Exspressbankın İdarə Heyəti sədrinin müavini, 2017-ci ildən son təyinata qədər isə bankın İdarə Heyətinin sədri olub.

Şərhlər

XƏBƏR LENTİ