SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "SOCAR təmsil olunduğu ölkələrdə ən yaxşı tərəfdaş olmağa çalışır” - Vitse-prezident

"SOCAR təmsil olunduğu ölkələrdə ən yaxşı tərəfdaş olmağa çalışır” - Vitse-prezident

Tarix:

22-10-2019, 17:09

/ 671 dəfə oxundu.
"SOCAR təmsil olunduğu ölkələrdə ən yaxşı tərəfdaş olmağa çalışır” - Vitse-prezident

"SOCAR-ın beynəlxalq şirkət olması Gürcüstanda özünü ən yaxşı formada nümayiş etdirir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Tbilisi İpək Yolu Forumunun “Energetikanın gələcəyi” mövzusunda təşkil olunan paneldə çıxışında bildirib.

Onun sözlərinə görə, şirkətin Gürcüstandakı nümayəndəliyinin ölkənin dövlət rəsmiləri ilə sıx tərəfdaşlıq münasibətləri var: “SOCAR təmsil olunduğu ölkələrdə ən yaxşı tərəfdaş və ən yaxşı xidmət təminatçısı olmağa çalışır”.

Y.Lətifov SOCAR-ın müxtəlif neft və neft-kimya məhsulları istehsal etdiyini qeyd edərək, şirkətin balanslaşdırılmış və yaxşı inteqrasiya edilmiş dəyər zənciri yaratdığını bildirib: “Bu bizə hansısa konkret məhsul və ya xidmətdən daha az asılı olmağa imkan verir”.

SOCAR rəsmisi Azərbaycanda insan kapitalının inkişafı məsələsinə da toxunub. O, Azərbaycanda ən yaxşı və istedadlı insanların neft-qaz mühəndisliyi üzrə təhsil aldığını vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ