XalqXəbər.Az

Restoran şəbəkəsi maliyyə - BÖHRANINDA

yüklənir...
Restoran şəbəkəsi maliyyə - BÖHRANINDA
8-10-2019, 18:37
yüklənir...

470 filialı olan "Pizza Express" təxminən 1,1 milyard funt-sterlinq borcu üzrə ödənişləri həyata keçirə bilmir. Şirkət borclarının restrukturizasiya üçün kreditorlarla danışıqlar aparır.

İngiltərənin ən böyük restoran şəbəkələri arasında yer alan "Pizza Express", təxminən 1,1 milyard funt-sterlinq məbləğindəki borclarının ödənilməsinə möhlət verilməsi üçün kreditorlarla danışıqlar aparır.

"Pizza Express"in 470 şöbəsi var.

"Marja"istinadən xəbər veririk ki, Şirkətin borcunun faizi isə illik təxminən 93 milyon funt sterlinq səviyyəsindədir. Şirkətin illik mənfəəti ancaq borcların faizinin böyük hissəsinin bağlamasına kifayət edir.

Şirkətin İngiltərə xaricində Asiya və Avropada cəmi 180 filialı mövcuddur.

1965-ci ildə yaradılan "Pizza Express" 14 min nəfərə məşğulluq təmin edir.

İdarəetmə mərkəzi Londonun qərbində Uxbridge bölgəsində yer alan şirkəti, 2014-cü ildə Çinin "Hony" investisiya şirkəti satın almışdı.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.