XalqXəbər.Az

İnam Kərimovla Arayik Harutyunyanın fərqi

yüklənir...
İnam Kərimovla Arayik Harutyunyanın fərqi
3-10-2019, 00:41
yüklənir...

Nar istehsalına görə hər hektardan məhsuldarlıq təxminən 7 ton təşkil edir. Bizim hədəfimiz isə məhsuldarlığı hər hektardan 15 tona çatdırmaqdır”.

Ovqat.com xəbər verir ki, bu sözləri bir neçə gün öncə Göyçayda keçirilən “Nar festivalı”nda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

İnam Kərimovun sözlərinə görə, bu gün Azərbaycanda təxminən 23 min hektar ərazidə nar istehsal edilir. Həmin 23 min hektarlıq ərazidən isə cəmi 155 min ton nar yığılıb. Bu isə İsrailin illik nar istehsalından cəmi 23 ton artıq məhsul deməkdir. Bəs bilirsinizmi, İsrail 132 min ton narı nə qədər əkin sahəsində yetişdirir? İnanmayacaqsınız, cəmi 2200 hektarda. Yəni bizdən 10 dəfədən az ərazidə. Başqa sözlə desək, İsrailin narçılıq sahəsində məhsuldarlığı bizdən 10 dəfə çoxdur. Onlar hər hektardan 60 tondan çox məhsul aldığı halda biz əlləşib-vuruşub bu rəqəmi cəmi 6.7 tona çatdırırıq. İndisə cənab İnam Kərimov məhsuldarlığı 15t/ha-ya qaldırmaq istəyir.

Hafiz Hacıyevin təbirilə desək, KTN-də aqrar məşğuliyyətdən çox, başqa işlərlə uğraşan İnam Kərimov öz fəaliyyətində olsun, sizə kimdən və hardan xəbər verək, qondarma Dağlıq Qarabağ “respublikasından”.

Sən demə, qondarma respublikanın kənd təsərrüfatı mütəxəssisləri də narçılığın inkişafına çalışırmış. Amma onlar hansısa rayonda keçirdikləri “Nar festivallarında” gen kisədən atmaqla yox, konkret işlə məşğul olurlar. Hər halda qondarma “respublikanın” keçmiş Baş naziri Arayik Harutyunyanın sosial mediada paylaşımlarından belə çıxır. Harutyunyan yazır:

“Keçdiyimiz günlərdə işgüzar səfər çərçivəsində olduğum Münhen və Cenevrədə, Artsaxın hidroelektrik sahəsində sıx investisiyalar yatıran məşhur Avropalı şirkətlərin rəhbərləri ilə bir araya gəldim. Danışıqların əsas mövzusu bu şirkətlər tərəfindən Artsaxın kənd təsərrüfatı sektoruna yeni töhfə vermələri üçün idi. Martakert və Martuni rayonlarında 150 hektar nar və qoz bağlarının yaradılmasına dair bir alman şirkəti yekun razılığa gəldiyimizi məmnuniyyətlə nəzərinizə çatdırıram. Qarşıdakı həftələrdə başlayacaq işlər Artsaxda 10.000 hektardan böyük bir ərazidə yeni bağlar qurmaq layihəmizin bir hissəsini təşkil edəcək”.

Nəzərə alsaq ki, Dağlıq Qarabağ dünya tərəfindən tanınmır, hər an müharibə meydanına çevrilə bilər, bütün bunlar xarici investorları həmin ərazilərə investisiya qoymaqdan çəkindirir. Erməni rəsmiləri bu çətinliklərinə rəğmən, öz qondarma ölkələrinə xarici investisiyaları cəlb edə bilirlər. Bizimkilər isə saxta rəqəmlərlə öz işgüzar imiclərini yaratmaqla məşğuldurlar. Bunu da mən yox, Vergilər nazirinin müavini Sahib Ələkbərov deyir. İnanmırsınızsa, gəlin, Sahib Ələkbərovun 18 İyul 2019-cu il tarixində Vergilər Nazirliyində kənd təsərrüfatı ilə əlaqədar keçirilən seminar-müşavirədə söylədiklərinə nəzər salaq:

“Kənd təsərrüfatı sahəsində çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər. Lakin təəssüflər olsun ki, bu sahədə hesabatlılıq günün tələblərinə cavab vermir, müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur”.

Qaynaq: https://apa.az/az/sahibkarliq/sahib-elekberov-kend-teserrufati-sahesinde-hesabatliliq-gunun-teleblerine-cavab-vermir-543078

Ovqat.com

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.