SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Hökumət öz pulumuzdan vergi tutacaq - Ancaq Azərbaycanda

Hökumət öz pulumuzdan vergi tutacaq - Ancaq Azərbaycanda

Tarix:

29-03-2017, 17:50

/ 8 870 dəfə oxundu.
Hökumət öz pulumuzdan vergi tutacaq - Ancaq Azərbaycanda

Vüqar Bayramov: “Məqsəd ondan ibarətdir ki, vəsaitlərin nağdlaşdırılması halları azalsın”

Bir neçə gündən sonra bankdan çıxardığımız öz pulumuza görə dövlətə 1 faiz vergi verəcəyik. Dünyada bir Hindistanda, bir də Azərbaycanda bu "vergi" tətbiq edilib. Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-də axşam saatlarında ölkədə fəaliyyət göstərən banklara məktub göndərib. Bildirilir ki, AMB banklara internet bankinq vasitəsi ilə hüquqi şəxslərin fiziki şəxslərə köçürmə əməliyyatlarını məhdudlaşdırmağı tapşırıb.

"Hüquqi şəxslərdən nağdılaşdırma zamanı 1 faizlik vergi tutulur. Beləliklə, hüquqi şəxslər fiziki şəxslərin hesabına köçümə edərək vergidən yayına bilir. Mərkəzi Bankın bu addımı məhz vergidən yayınmanın qarşısını almağa hesablanıb". Qeyd edək ki, Milli Məclis 2016-cı ilin dekabrın 16-da “Nağdsız hesablaşmalar haqqında” qəbul etdiyi qanuna görə banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə Vergi Məcəlləsinin layihəsinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulur.

Bu banklara yoxsa dövlətə hesablanmış addımdır?

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, banklarla əldə olunan razılaşmaya görə, 1 faizli vergi tətbiqi yanvarın 1-dən tətbiq olunur: “Nağdılaşmaya görə tutulan 1 faiz vergi birbaşa banklara hesablanıb və onların büdcəsində qalır. Mərkəzi Bankın yeni qadağaları birbaşa olaraq sahibkarlıq fəaliyyətilə məşğul olan hüquqi şəxslərin hesablarına məhdudiyyətlərin tətbiq olunması ilə bağlıdır. Vergi Məcəlləsində hansı hallarda 1 faizli vergiyə cəlb edilməməsi məsələləri öz əksini tapıb. Çünki fiziki xərclər 1 faizli vergiyə cəlb edilmir.

Razılaşma edilir, tutaq ki, sadələşmiş vergi ödəyiciləri üçün 15 min manat, əlavə dəyər vergisi ödəyiciləri üçün 30 min manat tətbiq olunur. Əslində bu, yeni vergi deyil. 1 faizli vergi tətbiq edilməsində məqsəd ondan ibarətdir ki, vəsaitlərin nağdılaşdırılması halları azalsın. Eyni zamanda 1 faizli vergiyə cəlbetmə məsələsi nəticə etibarilə sahibkarlar vergi ödədikdən sonra əlavə 1 faizli vergi ödəmək məcburiyyətində qalır. Bu da ikiqat vergiyə cəlb olmaya gətirib çıxardır. Bu baxımdan 1 faizli nağdılaşma vergisi sadələşmiş verginin 1 faizdən 5 faizə yüksəlməsi və eyni zamanda mənfəət vergisinin bura əlavə olunması, sahibkarların vergi yükünün artmasına gətirib çıxardır”.

Şərhlər

XƏBƏR LENTİ